“Hər məsciddə kitabxana” layihəsi davam edir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi uğurla başa çatıb.
Bu mərhələ çərçivəsində ölkənin Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab, Bərdə rayonları və Mingəçevir şəhərində bir sıra məscidlərə kitablar təqdim edilib.
Layihə məqsədi milli-mənəvi və dini dəyərlərin cəmiyyətə çatdırılması, xüsusilə də gənclər arasında oxu vərdişlərinin artırılmasıdır.
2025-ci ilin sonunadək layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində yerləşən 250 məscidin kitabxana ilə təmin edilməsi planlaşdırılır. Layihənin gələcək illərdə də davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, fond tərəfindən hər il məscidlərə kitab rəfləri və ümumilikdə 100 adda 25 min kitabın təqdim edilməsi planlaşdırılır. Nəşrlər yalnız dini mövzularla məhdudlaşmır, fəlsəfə, tarix, ədəbiyyat, humanitar sahələrə aid əsərlər, həmçinin Azərbaycan və dünya klassiklərinin nümunələri burada yer alır.
Bu mərhələ siyahıda göstərilən məscidləri əhatə edir:
Göyçay rayonu
Göyçay şəhəri “Mərkəz” məscidi
Göyçay şəhəri “Əbülfəzlil Abbas” məscidi
Göyçay rayonu, Çərəcə kənd məscidi
Göyçay rayonu, Çərəkə kənd məscidi
Göyçay rayonu, Potu kəndi “İmam Hüseyn” məscidi
Kürdəmir rayonu
Kürdəmir şəhəri “Cümə” məscidi
Kürdəmir şəhəri “İmam Rza” məscidi
Kürdəmir rayonu, Sığırlı kəndi "Fatimeyi Zəhra" məscidi
Ucar rayonu
Ucar şəhəri “Cami” məscidi
Ucar rayonu, Qazıqumlaq kəndi “Hz. Osman” məscidi
Ucar rayonu, Məlikballı kəndi "Həzrəti Ömər" məscidi
Zərdab rayonu
Zərdab şəhəri “Cümə” məscidi
Zərdab rayonu, Gəlmə kənd məscidi
Yevlax rayonu
Yevlax şəhəri “Cümə” məscidi
Yevlax rayonu, Xaldan kəndi "Cümə" məscidi
Yevlax rayonu, Havarlı kənd məscidi
Ağdaş rayonu
Ağdaş şəhəri “Hacı Osman” məscidi
Ağdaş rayonu "Hacı İsmayıl" məscidi
Mingəçevir şəhəri
Mingəçevir şəhəri “Heydər” məscidi
Mingəçevir şəhəri “Zəhra” məscidi
Bərdə rayonu
Bərdə şəhəri “Cümə” məscidi
Bərdə şəhəri “İmamzadə” ziyarətgahı