Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.04.2018

Hacıqabulda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Aprelin 30-da Hacıqabul rayonu Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı DQİDK-nın sifarişi ilə çəkilmiş” “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev, Mərkəzin direktoru Aytən Zülfəliyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Aytən Zülfəliyeva diqqətə çatdırıb ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə dəyərli töhfə olan, dini fanatizm, radikalizm və ekstremizm meyllərinə qarşı preventiv xarakter daşıyan “Şəhadət” sənədli filminin çəkilməsi və nümayiş olunması təqdirəlayiqdir.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev bildirib ki, bu film dini radikalizmə qarşı mübarizə mövzusunda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş sayca ikinci filmdir və gənclərin vətənpərvər ruhda tərbiyəsi baxımından böyük əhəmiyyətə malikdir. O qeyd edib ki, “Şəhadət” sənədli filmində dini radikalizmin qurbanı olmuş və başqa ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində vuruşaraq həlak olmuş insanların acı taleləri ilə yanaşı, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizdən bəhs olunur.
Daha sonra “Şəhadət” filmi nümayiş olunub.
Tədbirin yekununda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.