Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.11.2016

Hacıqabulda "Uşaq Hüquqları" aylığı çərçivəsində tədbir keçirilib

Hacıqabul şəhər 8 saylı tam orta məktəbdə "Uşaq Hüquqları" aylığı çərçivəsində tədbir keçirilib.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Mürşüd Rzayev Azərbaycanın daxil olduğu beynəlxalq təşkilatlar tərəfindən uşaq hüquqları ilə bağlı qəbul edilən bəyannamələrdən danışıb.Tədbirdə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı İmaməddin İmanov və məktəbin müəllimləri uşaq hüquqlarının qorunmasının  vacibliyini diqqətə çatdırıblar.
Tədbirdə uşaq hüquqları ilə yanaşı, dini radikalizm və onun cəmiyyətə mənfi təsirləri, eləcə də yeniyetmələrin radikalizmə qarşı mubarizədə maarifləndirmə işinin aparılmasından danışılıb.