31.05.2016
Hacıqabulda "Narkomaniya və zərərli vərdişlər" mövzusunda tədbir keçirilib
Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Hacıqabul rayonu 10 saylı orta məktəbdə ''Narkomaniya və zərərli vərdişlər'' mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Mürşüd Rzayev, Hacıqabul Rayon İcra Hakimiyyətinin məsul işçisi Tahir Əliyev, şagirdlər və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Mürşüd Rzayev dövlətimizin dinə qayğısından, cənab Prezidentimiz İlham Əliyevin dini icmalara ayırdığı maliyyə yardımlarından, narkomaniya və zərərli vərdişlərə qarşı mübarizədən, bu mübarizədə böyüklərin, müəllimlərin gənclərə təsirindən, Dövlət Komitəsinin bu kimi zərərli vərdişlərə qarşı maarifləndirici işlərin həyat keçirməsindən söhbət açıb.
Sonra Hacıqabul RİH-nin məsul işçisi Tahir Əliyev zərərli vərdişlərdən, buna qarşı mübarizə aparılmasından və maariflənirici tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbir müəllim heyətinin və şagirdlərin diskussiyası ilə başa çatıb.