Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.10.2017

Hacıqabulda “İslamda həmrəyliyin əhəmiyyəti‘’ mövzusunda maarifləndirici tədbir keçirilib

Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Hacıqabul rayonu  Abdulabad kənd Natiq Rüstəmov adına  tam orta məktəbində  Abdulabad kəndi  ‘’Cümə’’ məscidi dini icmasının ‘’İslamda həmrəyliyin əhəmiyyəti‘’ mövzusunda maarifləndirici  tədbiri  keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin böyük  məsləhətçisi Azad Nəhmədov, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Şıxalıyev, Abdulabad kəndi ‘’Cümə’’ məscidi dini icmasının sədri Həsrət Şıxalıyev, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Abdulabad inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rövşən Həsənov, bələdiyyə sədri İsmayıl İsmayılov, məktəbin direktoru Budaq Cəfərov, gənclər,  məktəblilər  və ictimaiyyət nümayəndələri  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Abdulabad kəndi  “Cümə“ məscidi dini icmasının  sədri Həsrət Şıxalıyev  layihə çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin  böyük  məsləhətçisi Azad Nəhmədov ölkəmizdə dövlət-din münasibətlərinin tənzinlənməsindən, eləcə də qeyri-ənənəvi dini cərəyanların müsəlman aləminə  vurduğu zərərlərdən danışıb. A.Nəhmədov, eyni zamanda vurğulayıb ki, bu gün İslam aləminin həmrəyliyə böyük ehtiyacı var və bu həmrəyliyə nail olmaq üçün Azərbaycan Prezidenti düşünülmüş addım ataraq 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edib. Bu, digər dövlətlər üçün nümunədir.
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Şıxalıyev çıxışında ölkəmizdə  mövcud dini durum,  dövlət-din münasibətlərinin əhəmiyyətindən,  dövlətimizin digər  sahələrə olduğu kimi  dinimizə  qayğısından bəhs edib. Natiq ölkəmizdə heç bir məzhəb ayrı-seçkiliyinin olmadığını,  insanların mehriban şəkildə yaşadığını,  İslam dininin vəhdət,  birliyə çağırış,  tolerant və dünyəvi  din olduğunu bildirib.