Hacıqabulda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda videokonfrans keçirilib
İyulun 29-da Dini Qurumlarla İş Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Hacıqabul rayonunda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Alpay Şərifli, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Füzuli İbrahimov, Hacıqabul rayon Təhsil şöbəsinin müdiri Bəxtiyar Ələkbərov, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə ən böyük təhdidir. Qeyd edilib ki, din pərdəsi altında bir çox təşkilatlar və dövlətlər öz məkirli planlarını həyata keçirirlər. O da vurğulanıb ki, Azərbaycan multikultural dəyərlərə sahib ölkədir və öz tolerantlığı ilə dünyada tanınır. Ölkəmizdə bir çox xalqların və dinlərin nümayəndələri birgə və mehriban şəkildə yaşayırlar.
Sonda tədbir iştirakçıları sualları cavablandırılıb.