Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.08.2021

Hacıqabul rayonunda onlayn tədbir keçirilib

Avqustun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi və Hacıqabul rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  "Azərbaycan xalqının tolerantlıq ənənəsi sülhün və birgəyaşayışın mühüm şərtidir" adlı onlayn tədbir keçirilib.

Tədbirdə tolerant dəyərlərə sahib Azərbaycan xalqının dünyanın bir çox ölkəsinə nümunə olmasından bəhs olunub. Tədbirdə o da vurğulanıb ki, ölkəmiz tarixən müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşsə də, burada bütün etnoslar birgə yaşayıb və indi də azərbaycançılıq prinsiplərini əsas tuturlar. Şuşada keçirilən “Xarı Bülbül” festivalında ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinin öz milli musiqi və adət - ənənələrini nümayiş etdirməsi bir daha sübuta yetirdi ki, Azərbaycan dövləti və xalqı dili, dini, milliyətindən asılı olmayaraq, bütün etnoslara hörmət və ehtiramla yanaşır və tolerantlıq nümayiş etdirir.