Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.01.2017

Hacıqabul rayonu "Qubalıbalaoğlan" kənd məscidi dini icması maarifləndirmə tədbiri keçirib

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Hacıqabul rayonu “Qubalıbalaoğlan” kənd məscidi dini icması yanvarın 12-də “Dini ekstremizim və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri” adlı layihə çərçivəsində tədbir keçirib.
Qubalıbalaoğlan kənd məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Mürşüd Rzayev , Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Şıxalıyev dini icma sədri Alxan Müslümov, dini icma üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Dini icmanın üzvü və kəndin ağsaqqalı Mirbəşir Əsgərov mövzu barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmə ilə yanaşı, milli-mənəvi dəyərlərin təbliği istiqamətində də işlər həyata keçirilir.
Hacıqabul RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Şıxalıyev tədbirin əhəmiyyətini vurğulayaraq dövlətimizin dinə qayğısından, milli-mənəvi dəyərlərimizin təbliğindən, tolerant və multikultural dəyərlərdən geniş söhbət açıb.
DQDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Mürşüd Rzayev dini ekstremizm və radikalizmin multikultural cəmiyyətlər üçün fəsadlarindan, təhlükələrindən danışıb. Dövlət başçısının dini maarifləndirmə işi aparmaq üçün icmalara maliyyə vəsaiti ayırması yüksək qiymətləndirilib və bu Sərəncamın icmaların gələcək fəaliyyətində aktivlik yaradacağına əminlik ifadə edilib.