22.10.2015
Hacıqabul Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib
Oktyabrın 22-də Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Məhərrəmlik mərasimlərinin təşkili və qarşıdan gələn Aşura günü ilə bağlı tədbir keçirilib. Tədbirdə RİH-in başçısı Əhməd Muxtarov, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hacıqabul rayon şöbəsinin rəisi Elman Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Aydın Alıyev, Hacıqabul rayonunun axundu Hacı İntiqam Mirqani, dini icmaların rəhbərləri, ağsaqqallar və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Hacıqabul RİH-in başçısı Əhməd Muxtarov bu görüşün ölkəmizdə həm dini sahədə, həm də siyasi sahədə çox aktiv bir dövrə təsadüf etdiyini vurğulayıb.
Daha sonra çıxış edən MTN-nin Hacıqabul rayon şöbəsinin rəisi Elman Kərimov radikal dini cərəyanlar, onların törətdiyi fəsadlar və onlara qarşı birgə mübarizə yollarından söz açıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Aydın Alıyev çıxışında bölgədəki hazırkı dini durum barədə məlumat verib və qarşıdan gələn Aşura mərasimləri vaxtı dindarları ifrat elementlərə yol verməməyə, eləcə də “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət etməyə çağırıb.
.jpg)