15.02.2016
Güzdəkdə “Multikulturalizm milli-mənəvi dəyərlər sistemimizin tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fevralın 15-də Abşeron rayonu Güzdək qəsəbəsi “Rəsulullah” məscidi dini icmasının həyata keçirdiyi layihə çərçivəsində keçirilən növbəti tədbir “Multikulturalizm milli-mənəvi dəyərlər sistemimizin tərkib hissəsi kimi” mövzusuna həsr olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları, dindarlar, dini icma üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbir müqəddəs “Qurani-Kərim”dən surələrin oxunması ilə başlayıb.
Çıxış edən Abşeron rayonu Güzdək qəsəbəsi “Rəsulullah” məscidi dini icmasının sədr müavini Mirkazım Kazımlı layihə çərçivəsində keçirilən növbəti tədbirin çox mühüm bir mövzuya həsr olunduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda 2016-cı ilin cənab Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilməsi dindarlar tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanır.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elnur Kəlbizadə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin heç də təsadüfi olmadığını, bunun ixtişaşlarla dünyamızda ölkəmizin sabitlik adası kimi rolunu nümayiş etdirdiyini vurğulayıb. Qeyd olunub ki, multikulturalizm xalqmızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biri və həyat tərzidir.
Şöbənin məsləhətçisi İsmayıl Cəfərov “Azərbaycanda dinlər və məzhəblərarası qarşılıqlı anlaşma və tolerantlıq mühiti” mövzusunda ekspert qismində çıxış edib. Bu gün ölkəmizdə mövcudiyyətini qoruyub saxlayan real tolerantlıq örnəklərindən danışıb
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
.jpg)
(1).jpg)
.jpg)