Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.09.2019

Göyçayda “Zərərli vərdişlər, erkən nikah və dini radikalizm" mövzusu müzakirə olunub

Sentyabrın 26-da Göyçay rayonu Qarayazı kənd tam orta məktəbində Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlər, erkən nikah və dini radikalizm" mövzusunda tədbir keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və QMİ-nin səlahiyyətli nümayəndəsi Rəsul Kazımov çıxış ediblər.

Çıxışlarda erkən nikahın, narkomaniyanın və dini radikalizmin fəsadlarından bəhs olunub. Bildirilib ki, bu cür mənfi hallara qarşı mübarizədə cəmiyyətin hər bir üzvü aktiv olmalıdır.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.