Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.02.2019

Göyçayda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Fevralın 24-də Göyçay Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Göyçay rayonu Qaraxıdır kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Qaraxıdır kənd məscidində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Qaraxıdır kənd məscidi dini icmasının sədri Şahin Yaqubov, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Cavid Səfərov, Göyçay rayonunda məskunlaşmış bir qrup Xocalı sakinləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir   iştirakçıları   əvvəlcə    Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz   xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən natiqlər qeyd ediblər ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir. Xocalı soyqırımına ilk dəfə hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini, 1994-cü il fevralın 24-də Ulu Öndərin imzaladığı Fərmanla həmin günün xalqımıza qarşı törədilmiş soyqırımı aktı kimi qeyd edilməyə başlandığını bildiriblər. Vurğulanıb ki, bu gün Azərbaycan dövlətinin haqqın və tarixi ədalətin bərpası yönündə apardığı məqsədyönlü siyasət, dünya azərbaycanlılarının və ictimai təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarların əsl simasının açılmasında önəmli rol oynayır.

Daha sonra çıxış edən din xadimləri şəhidlərin qanının yerdə qalmayacağına, erməni quldurları tərəfindən işğal olunmuş torpaqlarımızın tezliklə geri qaytarılacağına əminliklərini bildiriblər.