Göyçayda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilib
Mayın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edilmiş konfrans keçirilib.
Konfransın əvvəlində dövlət himni səsləndirilib və Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Kollecin müəllim kollektivi, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edən natiqlər Ulu Öndərin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıblar. Qeyd edilib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib.
Həmçinin o da vurğulanıb ki, müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır.
Konfransda Ulu Öndər Heydər Əliyevin şərəfli həyat və fəaliyyəti haqqında sənədli filmlər nümayiş olunub.




