16.05.2019
Göyçayda tədbir keçirilib
Mayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Göyçay Rayon Təhsil Şöbəsi, Gənclər və İdman Nazirliyinin Göyçay rayon şöbəsinin birgə təşkilatçılığı ilə Göyçay Gənclər Mərkəzində şəhid Sarvan Salamovun xatirəsinə həsr olunmuş "Şəhidlər unudulmur" mövzusunda tədbir keçirilib.
Tədbirdə Kəlbəcər döyüşlərində şəhid olmuş Yalman kənd sakini Sarvan Salamovun həyat və döyüş yolundan bəhs olunub. "İslamda şəhidlik zirvəsi" və həmçinin dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı barədə tədbir iştirakçıları məlumatlandırılıb.
Tədbir Göyçay Uşaq Mərkəzi şagirdlərinin "şəhidlik" haqqında şer və səhnəcikləri ilə davam etdirilib.



