Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.08.2016

Göyçayda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatıçılığı ilə Göyçay şəhərində dini icma sədrlərinin və dindarların iştirakı ilə “Sülh aylığı” çərçivəsində “İslamda sülh və tolerantlıq” mövzusunda tədbir keçirilib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşlarının, dini icma sədrlərinin, din xadimlərinin və dindarların iştirak etdiyi tədbiri giriş nitqi ilə açan Göyçay şəhər “Mərkəz” məscidi dini icmasının sədri Müşviq Əsgərov bildirib ki, həyata keçirilən maarfləndirmə xarakterli bu kimi tədbirlər İslam dininin əsl mahiyyətinin anlaşılmasına, vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən öyrənmələrinə yardım edir.
Daha sonra DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov  çıxış edərək, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətindən, daim sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmizdə hökm sürən sabitliyin təmin olunması üçün görülən işlərdən söz açıb. Tolerantlığın xalqımızın əsrlər boyu yaşatmış olduğu dəyər olduğu bir daha vurğulanıb.
Mövzu ilə bağlı fikirlərini bildirən iştirakçılar İslamın sülh və sevgi dini olmasından, insanların haqq və azadlıqlarına hörmətlə yanaşmağı tövsiyə etməsindən danışıblar.
Sonda tədbir iştirakçıları bu qəbildən tədbirlərin dini maarifləndirmə baxımından əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara minnətdarlıqlarını bildiriblər.