Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.03.2017

Göyçayda “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib

Martın 6-da Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay şəhər “Mərkəz” məscidi dini icması tərəfindən həyata keçirilən “Birgəyaşayış ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Saleh Aslanov, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbin direktoru Tahirə Qurbanova, “Mərkəz” məscidi dini icmasının sədri Müşviq Əsgərov, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Saleh Aslanov mövzu ilə bağlı ətraflı məruzə ilə çıxış edərək bildirib ki, bir toplumun varlığının qorunub saxlanması üçün hər şeydən öncə onun varlığını özündə ehtiva edən milli-mənəvi dəyərlərinin qorunub saxlanması lazımdır. Milli-mənəvi dəyər anlayışının özündə böyük bir mənanı ehtiva etdiyini qeyd edən Saleh Aslanov mənəvi dəyər dedikdə  əsrlər boyu xalqımızın yaratdığı əxlaqi və maddi  dəyərlər sisteminin nəzərdə tutulduğunu bildirib. 
Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbin direktoru Tahirə Qurbanova və “Mərkəz” məscidi dini icmasının sədri Müşviq Əsgərov qeyd ediblər ki, milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Bu səbəbdən milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha da aktualdır.
Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar məktəbin kitabxanasına hədiyyə edilib.