Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.04.2017

Göyçayda “Məktəblilərin radikal dini təsirlərdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göyçay rayon Yeniarx kənd tam orta məktəbində müəllim və şagirdlərin iştirakı ilə “Məktəblilərin radikal dini təsirlərdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan tam orta məktəbin direktoru Ayaz Babayev mövzunun əhəmiyyətindən danışıb. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev çıxış edərək bir millət üçün ən böyük, ən qiymətli dəyərlərin onun dini, dili və tarixdən miras qalmış mədəni-mənəvi irsi olduğunu diqqətə çatdırıb. Ə.Rəfiyev onu da bildirib ki, yeniyetmə və gəncləri müəyyən radikal dini düşüncəyə malik insanların təsirindən qorumaq hər birimizin vəzifəsidir.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay RİH-in Yeniarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Məmmədov, Yeniarx kənd bələdiyyə sədri Fəridə Yoldaşova və din xadimi Kərim Səmədov gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı keçirilən maarifləndirmə tədbirlərinin  əhəmiyyətini diqqətə çatdırıblar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.