Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.10.2017

Göyçayda maarifləndirmə tədbirləri davam etdirilir

Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Çərəcə kənd məscidi dini icması tərəfindən “İslam Həmrəyliyi – sülhə aparan yol”layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay - Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Cavid Səfərov, Göyçay rayon Çərəcə kənd tam orta məktəbinin direktoru Yeganə Nəbiyeva, Çərəcə kənd məscidi dini icmasının sədri Rahim Həkimov, dini icma üzvləri və eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi dünyaya verilən bir mesajdır. Natiq tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda etnik və dini müxtəlifliyin ölkəmizin mili sərvəti kimi dəyərləndirildiyini qeyd edib.
Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Cavid Səfərov, Göyçay Rayon Çərəcə kənd tam orta məktəbinin direktoru Yeganə Nəbiyeva və Çərəcə kənd məscidi dini icmasının sədri Rahim Həkimov İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycanın müsəlman ölkələri arasında vəhdətin yaradılmasında, İslam həmrəyliyi proseslərində öndə getməyə qadir olduğunu vurğulayıblar.
Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.