Göyçayda maarifləndirici tədbir baş tutub
Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay Gənclər Evinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə DQİDK, Gənclər Evinin əməkdaşları, din xadimləri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizmin mahiyyəti, din pərdəsi altında radikal dini cərəyanların aqressiv təbliğat metod və vasitələri, dini radikalizmə qarşı mübarizə yolları haqqında ətraflı məlumat verilib.
Daha sonra gənc nəsil arasında maarifləndirmə və təbliğat işinin aparılmasının vacibliyindən danışılıb, keçirilən bu cür maarifləndirmə tədbirlərinin böyük əhəmiyyət kəsb etdiyi bildirilib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

