Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.06.2016

Göyçayda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

İyunun 4-də Göyçay şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib. Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icma sədrləri, din xadimləri, həmçinin dindarlar və gənclər iştirak ediblər. 
Tədbirdə ilk öncə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə iyunun  18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunması və buna uyğun olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə respublikamızda hər il ənənəvi olaraq “İnsan hüquqları aylığı”nın keçirilməsi, eyni zamanda əsas insan hüquqlarından sayılan dini etiqad azadlığının bölgə üzrə vəziyyəti və bu sahədə görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov və Cavid Səfərov “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən bu tədbirlərin dövlət qurumları, qeyri-hökumət təşkilatları və icmaların insan hüquqları sahəsində səmərəli əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd ediblər.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidinin axundu Ramin Rəhimov da çıxış edərək respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsində ombudsman institutunun rolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib, həmçinin ölkə ərazisində bu sahədə silsilə tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, bunun dövlətimizin insan hüquq və azadlıqlarının müdafiəsinə həssaslıqla yanaşmasının göstəricisi olduğunu qeyd ediblər.