Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.05.2018

Göyçayda “İnsan Hüquqları Aylığı” çərçivəsində “İslamda insan haqları” mövzusunda tədbir keçirilib

Mayın 31-də Göyçay Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “İslamda insan haqları” mövzusunda tədbir keçirilib.
Ziya Bünyadov adına Göyçay şəhər 3 saylı tam orta məktəbində keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini İntiqam Əliyev tədbirin əhəmiyyətindən danışıb.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov qeyd edib ki, İslam ümumbəşəri bir dindir və insan haqlarına böyük əhəmiyyət verir.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov diqqətə çatdırıb ki, İslamda insan haqlarına böyük önəm verilir və Qurani-Kərimdə insan öldürmək bütün insanlara qarşı cinayət sayıılır.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.