Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.02.2019

Göyçayda gənclərlə maarifləndirici görüş keçirilib

Fevralın 28-də Göyçay Rayon İcra Hakimiyyəti (RİH), Rayon Polis Şöbəsi (PŞ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə, zərərli vərdişlərə, erkən nikaha yox deyirik" mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilən tədbirdə RİH başçısının müavini Zivər Zeynalova, Rayon Polis Şöbəsinin rəisi, polkovnik Sənan Əsədov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Rayon Təhsil Şöbəsinin əməkdaşı Elman Vəliyev, Kollecin direktoru İrşad Abbasov, rayon prokurorunun böyük köməkçisi Murad Əliyev, müəllimlər, tələbələr və başqaları iştirak ediblər.

Tədbirdə bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yollarından, zərərli vərdişlərdən gəncləri çəkindirmək üçün  görülən tədbirlərdən geniş söhbət açılıb. Çıxışlarda bildirilib ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.

Eyni zamanda tədbirdə dini radikalizm və ekstremizmin fəsadlarından, xurafat və cəhalət carçılarına qarşı mübarizə metodlarından, gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyindən danışılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.