Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.04.2016

Göyçayda “Dini radikalizmin qarşısının alınmasında ənənəvi İslam dəyərlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının həyata keçirdiyi “Dini fanatizm və ekstremizm: multikultural cəmiyyət üçün təhlükə” layihəsi çərçivəsində Göyçayda “Dini radikalizmin qarşısının alınmasında ənənəvi İslam dəyərlərinin rolu” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə əvvəlcə cəbhənin təmas xəttində gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin, mülki vətəndaşlarımızın xatirəsi üçün dualar oxunub.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, QMİ-nin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi, dini icmanın sədri Rəsul Kazımov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri Rəsul Kazımov tədbirin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib, İslamda Vətən və dövlət sevgisi mövzusunda fikirlər söyləyib.
Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev dini radikalizmin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin əhəmiyyətli rola malik olduğunu diqqətə çatdırıb. Əzim Rəfiyev ənənəvi İslam dəyərlərinin insanlara düzgün formada təbliğ edilməsi sahəsində dini icmaların və din xadimlərinin üzərinə düşən vəzifələr haqqında ətraflı danışıb.
Tədbirdə, eyni zamanda DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidinin axundu Ramin Rəhimov da çıxış edərək mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb.
Çıxışlardan sonra tədbir iştirakçılarına müxtəlif dini təyinatlı ədəbiyyat, qəzet və jurnallar paylanılıb.