Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.09.2017

Göyçayda dini maarifləndirmə tədbirləri uğurla davam etdirilir

Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Yalman kənd məscidi dini icmasının “İslam həmrəyliyi və sosial ədalət”  layihəsi çərçivəsində  növbəti maarifləndirici tədbir keçirilib.
Göyçay rayon İslam İslamov adına Yalman kənd tamorta məktəbində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Rauf Nəsirov, Yalman kənd məscidi dini icmasının sədri Eldəniz Mehralıyev, məktəbin direktor müavini Ramil Bədəlov, məktəbin müəllim və yuxarı sinif şagirdləri  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yalman kənd məscidi dini icmasının sədri Eldəniz Mehralıyev qeyd edib ki, İslam dini vəhdət, birlik, sevgi və sülh dinidir. İslam dini həmrəy olmağa, yəni eyni duyğuları paylaşmağa çağırır.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov vurğulayıb ki, müsəlman dünyasında gedən müharibələrin səbəblərindən biri də məhz həmrəyliyin olmamasıdır.
İslam İslamov adına Yalman kənd tam orta məktəbinin direktor müavini Ramil Bədəlov da milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə həyata keçirilən bu tədbirlərin çox böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.