02.04.2016
Göyçayda dini ekstremizm və onun təzahür formaları müzakirə olunub
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Aprelin 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Göyçay rayon “Əbülfəzlil Abbas” məscidi dini icmasının həyata keçirdiyi “Dini fanatizm və ekstremizm: multikultural cəmiyyət üçün təhlükə” layihəsi çərçivəsində “Dini ekstremizm və onun təzahür formaları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Göyçay rayonu Potu kənd “İmam Hüseyn” məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Potu kənd inzibati ərazi dairəsi nümayəndəliyinin və bələdiyyəsinin əməkdaşları, dini icma sədrləri, QMİ-nin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
31mart soyqırımı qurbanları, Kəlbəcərin işğalı nəticəsində və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri üçün oxunan Qurani-Kərim tilavəti ilə başlayan tədbirdə Göyçay rayon “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri Rəsul Kazımov layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq , dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.

Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, İslam dünyasında radikal qrupların yayılmasının zərərinin ilk növbədə sadə müsəlmanlara dəydiyini qeyd edib. İslamın radikal və ekstremist əməllərə bəraət qazandırmadığını diqqətə çatdırıb.
Çıxışlardan sonra tədbir iştirakçılarına müxtəlif dini təyinatlı ədəbiyyatlar paylanılıb.