Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.04.2017

Göyçayda “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik” mövzusunda tədbir keçirilib

Aprelin 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Çərəkə kənd Elman Əzizov adına 2 saylı tam orta məktəbdə “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Göyçay RİH başçısı Çərəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Niman Məcidov 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması və xalqımızın tolerantlıq ənənələrinin bu gün dünya ölkələrinə nümunə olmasından bəhs edib.
Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev bütün səmavi dinlərin bəşərə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, qardaşlıq, mərhəmət ideyalarını təlqin etdiyini bildirib. Azərbaycanın multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətindəki səyləri ilə də öz örnəyini təqdim edəcəyini qeyd edib. Ə. Rəfiyev dünyanın müxtəlif nöqtələrində səngimək bilməyən terror, insan qırğını, dini-mədəni irsin məhvi prosesləri kimi təhdidlərdən bəşəriyyətin yalnız səylərini birləşdirməklə, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas ola biləcəyini vurğulayıb.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, orta məktəbin direktoru Xuraman Məcidova, dini icma sədrləri Cəlil Usubaliyev, Rahim Həkimov və din xadimləri Dursun Xəlilov, Məhəmməd Qəhrəmanov yeniyetmə və gənclərimizin milli-mənəvi dəyərlərə sadiq olmasında, vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllim və valideynlərin üzərinə böyük məsuliyyət və öhdəliyin düşdüyünü qeyd ediblər.
Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.