Göyçay və Ucar rayonlarında “İslamda mötədillik” mövzusunda tədbirlər keçirilib
Oktyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin, Göyçay və Ucar Rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Göyçay şəhər “Əbülfəzlil Abbas” və Ucar şəhər “Cami” məscidində “İslamda mötədillik” mövzusunda tədbirlər keçirilib. Tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Nizami Məmmədov, Rauf Nəsirov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinləri-dini qurumlarla işin təşkilatçıları və QMİ-nin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov və Cavid Səfərov iştirak ediblər.
Dövlət qeydiyyatından keçərək rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinin iştirak etdikləri tədbirlərdə mötədilliyin müxtəlif dini məzhəblərin yaşadığı toplumda birgə yaşayışın şərti olduğu vurğulanıb. Məhərrəm ayının başlaması ilə əlaqədar olaraq Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımızın və qazilərimizin də xatirələrinin yad edilməsi, bütün mərasim və tədbirlərin qanun çərçivəsində təşkil edilməsi tövsiyə olunub. Hər iki tədbirdə çıxış edən natiqlər mötədilliyin yalnız dini mövzulara aid olmadığını, din ilə yanaşı dünyaya dair məsələlərdə də qızıl ortanı tapmağın lazım olduğunu qeyd ediblər.
(33).jpg)
(32).jpg)
.jpg)