Göyçay rayonunda maarifləndirici tədbir keçirilib
Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam dininin humanistliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay rayon Heydər Əliyev Mərkəzinin direktoru Zenfira Əliyeva, rayon Gənclər Mərkəzinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı İslam dininin humanist mahiyyətli, sülh, əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə, dözümlülüyə, elmə və inkişafa çağırış dini olması qeyd olunub. Azərbaycanın tarixin erkən dövrlərindən İslamın yayılmasında böyük rol oynadığı, bu gün də ümumbəşəri önəm kəsb edən ideyaların bütün dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu qoruması diqqətə çatdırılıb.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.


