Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.07.2017

Goranboyda “Dini radikalizmlə mübarizənin başlıca yolu: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq təşkil olunub

İyulun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolu: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif əliyev, Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Nofəl Köçərli, Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Nofəl Köçərli mövzu ilə bağlı çıxış edərək zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov radikal dini cərəyanların yaranması, təbliğat metodları və onlara qarşı mübarizənin teoloji, psixoloji və hüquqi əsasları haqqında geniş məlumat verib. Bildirib ki, ölkəmizdə dini sahədə sabitlik hökm sürür və cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür.
Daha sonra çıxış edən Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə dini radikalizmin fəsadları və qarşısının alınması yollarından danışaraq İslam dininin düzgün formada gənclərə çatdırılmasının vacibliyindən bəhs edib.
Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.