23.02.2017
Goranboyda “Azərbaycanda tolerantlıq həyat tərzidir” mövzusunda maarifləndirici tədbir keçirilib
Fevralın 23-də Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Goranboy rayonu “Qızılhacılı qəsəbəməscidi” dini icması tərəfindən “Azərbaycanda tolerantlıq həyat tərzidir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev və şöbənin digər əməkdaşları, Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümmətov, Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Nofəl Köçərli, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy rayonu və Naftalan şəhəri üzrə səlahiyyətli numayəndəsi Anar Orucov Goranboy rayonu “Qızılhacılı qəsəbəməscidi” dini icmasının sədri və axundu Muşviq Məmmədov, dindarlar, ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Nofəl Köçərli keçirilən tədbirin əhəmiyyəti barədə danışıb, dövlətin dinə qayğısı, milli-mənəvi, eləcə də tolerant və multikultural dəyərlərin təbliği işini yüksək qiymətləndirib.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev çıxış edərək xalqımızın zəngin milli-mənəvi dəyərlərindən söhbət açıb, həmin dəyərlərin xüsusilə gənclər arasında təbliğinin əhəmiyyətini vurğulayıb. O, həmçinin tədbir iştirakçılarına DQİDK-nın bu istiqamətdə həyata keçirdiyi maarifləndirmə tədbirləri barədə məlumat verib.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümmətov həyata keçirilən layihənin əhəmiyyətindən, dini ekstremizmin və radikalizmin multikultural cəmiyyətlər üçün fəsadlarından və təhlükələrindən danışıb, dövlət başçısının maarifləndirmə işləri aparmaq üçün icmalara maliyyə vəsaiti ayırmasını yüksək qiymətləndirərək bu vəsaitin icmaların gələcək fəaliyyətində aktivlik yaradacağına əminliyini bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
.jpg)
.jpg)
.jpg)
