Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.03.2016

Goranboy rayonunda “Radikalizmə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Martın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Goranboy rayon  Səfikürd və Tatarlı kənd məscidi dini icmasının həyata keçirdiyi “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolu” layihəsi çərçivəsində “Radikalizmə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif  Əliyev, Goranboy rayon İH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla  işin təşkilatçısı Nofəl Köçərli, dini icmanın sədri Elnur Cəfərov, QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov,ictimaiyyət nümayəndələri və gənclər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Goranboy rayon İH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini - dini qurumlarla işin təşkilatçısı Nofəl Köçərli Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Goranboy rayonunda dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Nofəl Köçərli bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən silsilə maarifləndirmə tədbirləri həyata keçiriləcək.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə imzaladığı Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Daha sonra çıxış edən digər natiqlər dini maarifləndirmə sahəsində görülən  işlərin əhəmiyyətindən danışaraq bu mövzunun vacibliyini xüsusi qeyd ediblər.