Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.05.2021

"Gender əsaslı zorakılıqla mübarizə" mövzusu müzakirə olunub

Mayın 27-də Tərtər Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Gender əsaslı zorakılıqla mübarizə" mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə Tərtər rayon ictimaiyyətinin nümayəndələri və Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşları iştirak ediblər.

Çıxışlarda bildirilib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib, qadın hüquqlarının qorunması, xüsusilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb.

Tədbir müzakirələrlə davam etdirilib.