Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.04.2021

“Gender əsaslı zorakılıqla mübarizə" mövzusu müzakirə edilib

Aprelin 30-da Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi, Biləsuvar rayon Təhsil şöbəsi və  Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə" mövzusunda onlayn konfrans keçirilib. Tədbirdə təşkilatçı qurumların nümayəndələri, məktəb direktorları, müəllimlər və gənclər iştirak ediblər.  

Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev bildirib ki, gender əsaslı zorakılıq nəinki əvvəlki dövrlərdə, yaşadığımız müasir dövrdə də geniş rast gəlinən problemdir. İnkişaf səviyyəsindən asılı olmayaraq dünyanın bütün ölkələrində gender əsaslı zorakılığın  bu və ya digər növünün təzahürlərinə rast gəlmək mümkündür. Sevindirici hal ondan ibarətdir ki, zorakılıqla bütün dünyada müxtəlif səviyyələrdə mübarizə aparan çoxsaylı təsisat və mexanizmlər mövcuddur.

Biləsuvar rayon Gİİ-nin rəisi Azad Quliyev, rayon Bağbanlar kənd məktəbinin tarix müəllimi Arif Ağazadə  çıxışlarında  qadınlara qarşı zorakılığın, ayrı-seçkiliyin qarşısının alınması və aradan qaldırılması məqsədilə təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar.