Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.06.2016

“Gəncliyimizi qoruyaq” devizi altında narkomaniya və zərərli vərdişlərlə mübarizə həftəsi davam edir

Balakəndə “Gəncliyimizi qoruyaq” devizi altında narkomaniya və zərərli vərdişlərlə mübarizə həftəsi çərçivəsində növbəti “Narkomaniya və digər zərərli vərdişlərlə mübarizədə gənclərin rolu” mövzusunda panel Qarahacılı məktəbində Katex zonasına daxil olan məktəblərin gəncləri ilə təşkil olunub. Tədbirdə Aktiv Gənclər Klubunun və YAP Balakən rayon Təşkilatı Gənclər Birliyinin sədri Sarxan Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev, məktəb direktoru Yaşar Sarayev iştirak edib.
Paneldə gənclərin sualları cavablandırılıb, maraqlı təklifləri qeydə alınıb. İştirakçılar gənclərin zərərli vərdişlərə meyil etmələrinin səbəbləri və bu istiqamətdə keçirilən tədbirlər barədə geniş fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Balakən rayon Gənclər və İdman İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və YAP Balakən rayon Təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə təşkil olunan “Gəncliyimizi Qoruyaq!” adlı narkomaniya və digər zərərli vərdişlərlə mübarizə həftəsi 01-08 iyun 2016-cı il tarixlərdə həyata keçirilir.