Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.08.2017

“Gənclik və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir təşkil olunub

Avqustun 28-də Balakən rayonunun Cederovtala kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Cederovtala kənd dini icması tərəfindən həyata keçirilən “İslam sülh və həmrəylik dinidir” layihəsi çərçivəsində “Gənclik və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, şöbənin əməkdaşı Elvin Qarayev, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, QMİ-nin Balakən rayon qazısı Hacı İbrahim İbrahimov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Balakən rayon qazısı Hacı İbrahim İbrahimov bütün tədbir iştirakçılarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib. O bildirib ki, İslam dini hər zaman müsəlmanlara doğru əməlləri əmr edib, pis əməllərdən çəkindirib. Dinimiz sülh, əmin-amanlıq və doğruluq dinidir. İnsanlara din adı altında qorxu və nifrəti aşılamaq İslama ziddir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov dini maarifləndirmə sahəsində dini icmaların fəaliyyətinin önəmindən, eyni zamanda dindarların sağlam dini ədəbiyyatla təmin edilməsinin vacibliyindən danışıb. O, həmçinin qeyd edib ki, milli adət-ənənələrimiz dini dəyərlərimizlə birlikdə mənəvi dəyərlərimizin əsasını təşkil edir. Hər birimiz milli-dini dəyərlərimizə sahib çıxmalı, gələcək nəsilləri sağlam milli-mənəvi ruhda tərbiyə etməliyik.
Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi Fariz Nəcəfov çıxışı zamanı qeyd edib ki, bizim maddi və mənəvi dəyərlərimizin, eləcə də mədəniyyətimizin formalaşmasında İslam dininin böyük rolu vardır. Bunun məntiqi davamıdır ki, ölkəmizdə formalaşmaqda olan yeni nəsil İslam mədəniyyətinin təsiri altında yetişəcəkdir. Bu səbəbdən də dinimiz gələcək nəsillərə düzgün təbliğ edilməlidir.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.