Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.10.2017

“Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusu müzakirə olunub

Oktyabrın 20-də  Masallı Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi, və Masallı Regional Kollecinin birgə təşkilatçılığı ilə “Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.
Maarifləndirmə məqsədi ilə keçirilən tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, Masallı Regional Kollecinin direktoru Vidadi Nəzərov, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin, kollecin müəllim-tələbə heyəti iştirak ediblər.
Tədbiri Masallı Regional Kollecinin direktoru Vidadi Nəzərov açaraq cəmiyyətdə zərərli vərdişlərin və radikalizmin törətdiyi fəsadlardan danışıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən söhbət açıb. Bu cür bəlalarla mübarizədə ictimai qınağın önəmliyini diqqətə çatdıran natiq, həmçinin, erkən nikahların qaşısının alınmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyətin düşdüyünü qeyd edib.
Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov çıxışında narkomaniya və digər zərərli vərdişlərin insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu vurğulayıb.
Vəkil Tofiq Şahmarov və başqaları çıxışlarında zərərli vərdişlərlə və radikalizmlə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə kitabxanalar, idman təşkilatları, eləcə də ictimaiyyətin  rolunun əhəmiyyətindən danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırlıb, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.