Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.12.2016

"Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Heydər Əliyev irsinin əhəmiyyəti" mövzusunda tədbir keçirilib

Dekabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə "Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Heydər Əliyev irsinin əhəmiyyəti" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, "N" saylı hərbi hissə komandirinin şəxsi heyət işi üzrə müavini, polkovnik-leytenant Musa Teymurov, şəxsi heyət və hərbi hissənin zabitləri polkovnik Elşad Abilov, baş leytenant Seymur Ağayev iştirak ediblər.
Natiqlərin çıxışları əsasən Ulu Öndər Heydər Əliyevin irsi və gənclərin  vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu irsdən bəhrələnməyə  həsr olunub.