Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.03.2018

Gənclər dini radikalizmə qarşıdır

Martın 6-da Zaqatala Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala Humanitar Fənlər Gimnaziyasında “Gənclər dini radikalizmə qarşıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, rayon Gənclər və idman idarəsinin rəisi Araz Əliyev, rayon icra başçısının Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Elbrus Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Zaqatala rayon şöbəsinin əməkdaşı Cavid Məmmədli, Zaqatala rayon Təhsil şöbəsinin məsləhətçisi Günəş Əsgərova və gimnaziyanın müəllim-şagird heyəti iştirak ediblər.
Gimnaziyanın direktoru Məsumə Əfəndiyeva tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq olduğunu vurğulayıb və milli-mənəvi dəyərlər üzərində tərbiyə almış gənclərimizin vətənpərvər olduqlarını bildirib.
Daha sonra rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin Zaqatala rayon şöbəsinin əməkdaşı Cavid Məmmədli və DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev çıxış ediblər. Bildiriblər  ki,  milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini qeyd edərək əsrlər boyu formalaşmış milli və dini dəyərlərimizə ziddiyət təşkil edən dini radikalizmin yaranması səbəblərindən, dini radikalizmin törətdiyi fəsadlardan, gənclərin radikal və qeyri-ənənəvi dini cərəyanların təsiri altına düşməməsi üçün aparılan mübarizə tədbirlərindən bəhs ediblər.