Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.05.2021

“Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət” mövzusunda videokonfrans keçirilib

Mayın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət” mövzusunda videokonfrans keçirilib. Videokonfransda DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Sadiq Məmmədov, Neftçala şəhər məktəbinin direktoru Şəfəq Balaşova, rayon Qədimkənd kənd məktəbinin drektoru Kamal Cəfərov, Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Anarə Mustafayeva, Nüşabə Əsgərova, eləcə də ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Konfrans zamanı gənclərin vətənpərvərlik, dövlətçilik hissi ilə tərbiyə olunmasında Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin dövlət gənclər siyasətinin rolundan bəhs olunub. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev öz siyasətində hər zaman gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir.

Videokonfrans müzakirələrlə davam edib