“Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə” mövzusunda onlayn tədbir keçirilib
Martın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsi, rayon icra hakimiyyəti, İsmayıllı rayon Gənclər və İdman İdarəsi, rayon polis şöbəsi, İsmayıllı rayon Təhsil Şöbəsi, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyi və rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak ediblər.
Çıxışlar zamanı erkən nikahın səbəbləri, fəsadları və ona qarşı mübarizə halları müzakirə olunub. Qeyd edilib ki, erkən nikahın qarşısının alınması üçün ilk növbədə rayon və kənd yerlərində, məktəblərdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmə işlərinə eyni zamanda müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və valideynlər cəlb edilməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


