Gəncə hadisələrinin qurbanlarının xatirəsi yad edilib
Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - İcra katibinin müavini Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, eləcə də hakim partiyadan olan millət vəkilləri Gəncə şəhərinə səfər edərək Gəncə hadisələrinin qurbanlarının xatirəsini yad ediblər. Eyni zamanda ölkə rəsmiləri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raketlər nəticəsində ölən və yaralananların yaxınları ilə görüşüblər.
Baş Nazirin müavini Əli Əhmədov bildirib ki, ermənilər törətdikləri hadisəyə görə öz cəzalarını çox ağır şəkildə alırlar və alacaqlar. Onun sözlərinə görə, Azərbaycan ermənilərdən fərqli olaraq uşaq, mülkü şəxsləri hədəf almır: “Biz bunun cavabını döyüş meydanında veririk. Ermənilər Gəncəyə etdiklərinin cəzasını çox ağır ödəyir"-, deyə Ə.Əhmədov qeyd edib.
Baş Nazirin müavini zərər görən hərkəsə YAP tərəfindən maddi yardım ediləcəyini də bildirib.
(Gəncəposts)





