Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.09.2021

Gəncə bölgəsində müsəlman və qeyri-müsəlman dini icma sədrlərinin iştirakı ilə onlayn tədbir keçirilib

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində “Mənəvi dəyərlərimiz: sülh və hümanizmə baxış” mövzusunda onlayn formatda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşları, yerli icra hakimiyyətlərinin əməkdaşları, bölgəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icma sədrləri, eyni zamanda din xadimləri iştirak ediblər.

DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsin müdiri Həsən Məmmədov,  şöbənin müdir müavini Elmar Fətəliyev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini və dini qurumların təşkilatçısı Babək Rəsulov və başqaları çıxış edərək mövzunun əhəmiyyətindən danışıblar. Çıxışlarda vurğulanıb ki, insan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən ən mühüm amillərdəndir. Bildirilib ki, yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülh və əmin-amanlıq hər kəsin istəyidir.