04.11.2016
Füzulidə Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 4-də Füzuli rayonu Horadiz şəhər "Əhli-Beyt" məscidində Tolerantlıq Gününə həsr edilmiş tədbir təşkil olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov, Füzuli Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Füzuli rayon Horadiz şəhər "Əhli-Beyt" məscidi dini icmasının axundu Nəriman Nəsirov, rayon dindarları və ağsaqqallar iştirak ediblər.
Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev 1995-ci ildə UNESCO tərəfindən qəbul edilən “Tolerantlıq prinsipləri Bəyannaməsi”nə əsasən, 16 noyabrın Beynəlxalq Tolerantlıq Günü elan olunduğunu xatırladıb. Azərbaycanda əsrlərdir hökm sürən multikultural dəyərlərdən və tolerant mühitdən söz açan Q.Əliyev Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin bu sahədəki xidmətlərini vurğulayaraq 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini diqqətə çatdırıb.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov, Füzuli rayon Horadiz şəhər "Əhli-Beyt" məscidi dini icmasının axundu Nəriman Nəsirov ölkəmizdə dinlərə və dindarlara göstərilən diqqət və qayğıdan söz açaraq, Azərbaycanda multikultural və tolerant dəyərlərin dövlət səviyyəsində qorunaraq inkişaf etdirildiyini bildiriblər.