Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.06.2018

Füzulidə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

İyunun 1-də Füzuli Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Füzuli rayon Yuxarı Kürdmahmudlu kənd tam orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Yuxarı Kürdmahmudlu kənd tam orta məktəbinin direktoru Müşfiq Əliyev, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev “Şəhadət” sənədli filmi haqqında məlumat verərək bildirib ki, film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunub. Filmdə, həmçinin dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşərək həlak olmuş şəxslərdən bəhs edilir.  
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov və Yuxarı Kürdmahmudlu kənd tam orta məktəbinin direktoru Müşfiq Əliyev “Şəhadət” sənədli filminin gənclərin dini radikalizm və fanatizmə qarşı maarifləndirilməsində əhəmiyyətindən bəhs ediblər.
Sonda DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli  filmi  nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.