20.06.2017
Füzulidə “Dini radikalizmlə mübarizənin başlıca yolu: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirilib
İyunun 19-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolu: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Dövlət Komitəsinin əməkdaşları Vüqar İmamquliyev, Vüqar Hümbətov, Mehdixan Zeynalov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Nəriman Nəsirov və Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev rayonda “İslam Həmrəyliyi İli” çərçivəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov radikalizmi yaradan səbəblərdən və bu kimi halların qarşısının alınması metodlarından danışıb. O, Dövlət Komitəsinin radikalizmlə mübarizə tədbirləri çərçivəsində dini maarifləndirmənin xüsusən gənclər arasında aparılmasının önəminə diqqət çəkib.
Dövlət Komitəsinin əməkdaşı Vüqar Hümbətov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Nəriman Nəsirov dini radikalizmin fəsadları barədə danışıblar.
Sonda tədbir iştirakçılarının mövzuya dair sualları cavablandırılıb.
.jpg)


