Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.05.2018

Füzuli rayonunda Ulu Öndər Heydər Əliyev anılıb

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Füzuli rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və dövlət-din münasibətləri” mövzusunda seminar keçirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Füzuli rayonu Horadiz şəhər Əhli-beyt məscidi dini icmasının sədri və imamı Nəriman Nəsirov və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Q. Əliyev mövzunun əhəmiyyətindən bəhs edib. Natiq çıxışında Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu, eləcə də İslam dininə göstərdiyi diqqət və qayğıdan danışıb.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı M. Zeynalov və Füzuli rayonu Horadiz şəhər Əhli-beyt məscidi dini icmasının sədri və imamı N. Nəsirov və başqaları çıxışlarında Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin dinə və dindarlara qayğısını yüksək qiymətləndiriblər. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev xalqmızın qəlbində əbədi yaşayacaq.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgiyə baxış keçirilib.