Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.10.2017

Füzuli rayonunda "Şəhadət" sənədli filmi nümayiş etdirilib

Oktyabrın 27-də Füzuli Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi Füzuli rayonu Horadiz şəhər 3 saylı orta məktəbdə nümayiş etdirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, orta məktəb müəllimləri və şagirdləri, rayon ziyalıları və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev “Şəhadət” sənədli filminin əhəmiyyətindən danışaraq bildirdi ki, DQİDK-nın  sifarişi ilə çəkilmiş bu film dini radikalizmə qarşı mübarizə istiqamətində çəkilmiş filmdir. Film gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlıqlarına və xatirəsinə həsr olunub.