Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.05.2016

Füzuli rayonunda “Qəhrəmanlar unudulmur!” adlı layihə uğurla icra olunur

Mayın 1-də Füzuli rayon Horadiz şəhəri "Əhli-Beyt" məscidi dini icmasının “Qəhrəmanlar unudulmur!” adlı layihəsi çərçivəsində Füzuli rayon Kərimbəyli kənd məktəbində və Böyük-Bəhmənli kəndində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Füzuli Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Füzuli rayonu Horadiz şəhər "Əhli-Beyt" məscidi dini icmasının sədri Rafiq İmanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı  Zeynalov Mehtixan, Füzuli rayonu Horadiz şəhər "Əhli-Beyt" məscidinin rəsmi axundu Nəriman Nəsirov, məktəb direktorları, müəllimlər, icma üzvləri və dindarlar iştirak ediblər.   
Tədbiri giriş sözü ilə açan Füzuli rayonu İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikultural dəyərlərdən və Azərbaycan xalqının qəhrəmanlıq tarixindən geniş məlumat verib. 
Füzuli rayonu Horadiz şəhər "Əhli-Beyt" məscidi dini icmasının sədri Rafiq İmanov çıxışında Vətən uğrunda canlarından keçmiş şəhid və milli qəhrəmanlarımız haqqında danışıb.
Mövzu ətrafında Füzuli rayonu Horadiz şəhər "Əhli-Beyt" məscidinin rəsmi axundu Nəriman Nəsirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Füzuli rayonunun Kərimbəyli kənd məktəbinin muəllimi Hüseynov Abdulla çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbirlər Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.