29.06.2016
Füzuli rayonunda dini maarifləndirmə tədbirləri keçirilib
İyunun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Füzuli rayon Horadiz şəhəri "Əhli-Beyt" məscidi dini icması Füzuli rayonu Əhmədbəyli kənd tam orta məktəbində “Qəhrəmanlar unudulmur!” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov, Füzuli rayonu Horadiz şəhər "Əhli-Beyt" məscidi dini icmasının sədri Rafiq İmanov və məscidin axundu Nəriman Nəsirov, kənd sakinləri, o cümlədən dindarlar və ziyalılar iştirak ediblər.Tədbiri Füzuli Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev açaraq rayonda keçirilən maarifləndirmə tədbirlərindən, dövlətin din sahəsinə göstərdiyi qayğıdan bəhs edib.
Daha sonra Füzuli rayonu Horadiz şəhər "Əhli-Beyt" məscidi dini icmasının sədri Rafiq İmanov, Füzuli rayonu Horadiz şəhər "Əhli-Beyt" məscidinin axundu Nəriman Nəsirov, Əhmədbəyli kənd tam orta məktəbin direktoru Sürəyya Quliyeva mövzu ilə bağlı çıxış ediblər. Həmin gün Füzuli rayon Horadiz şəhəri "Əhli-Beyt" məscidi dini icması tərəfindən Füzuli rayonu Yuxarı Kürdmahmudlu kənd tam orta məktəbində də “Qəhrəmanlar unudulmur!” adlı layihə çərçivəsində tədbir keçirilib.
.png)

.png)