25.02.2016
Füzuli rayonu Horadiz şəhərində “Qəhrəmanlar unudulmur!” adlı layihə çərçivəsində tədbir keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fevralın 24-də Füzuli rayon Horadiz şəhəri "Əhli-Beyt" məscidi dini icmasında “Qəhrəmanlar unudulmur!” adlı layihə çərçivəsində tədbir keçirilib. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Füzuli rayonu Horadiz şəhər "Əhli-Beyt" məscidi dini icmasının sədri Rafiq İmanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Horadiz şəhər "Əhli-Beyt" məscidinin axundu, Füzuli rayonu Ağsaqqallar şurasının sədri, icma üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
Tədbiri Füzuli rayon Horadiz şəhəri "Əhli-Beyt" məscidi dini icmasının sədri Rafiq İmanov giriş sözü ilə açaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə vəsaitinin əhəmiyyətini yüksək qiymətləndirərək, gələcəkdə də bu cür tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb.

Füzuli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev mövzu ilə bağlı fikirlərini bölüşərək Azərbaycanın Milli Qəhrəmanlarından, şəhidlərindən bəhs edib. Qabil Əliyev rayondakı dini durum barədə iştirakçılara geniş məlumat verib.
Daha sonra Füzuli rayonu “Əhli-Beyt” məscidinin axundu Nəriman Nəsirov çıxışını “Quran” ayəsi ilə başlayaraq, Füzuli rayonunun şəhidlərindən, Milli qəhrəmanlarından bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov Azərbaycanın və Qarabağın qəhrəmanlıq tarixindən danışıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.